Menu

Estoniya Rusiya ilə quru səhədinə divar çəkmək fikrindədir!

25.08.2015, 16:15
Estoniya Rusiya ilə quru səhədinə divar çəkmək fikrindədir!

Xarici KİV-in məlumatına görə, Estoniya Rusiya ilə quru səhədi boyunca qoruyucu divar çəkmək qərarına gəlib. Divarın uzunluğu 100 kilometrdən artıq olacaq («Exo Moskvı»).

Estoniya hökuməti bununla şərq sərhədlərini möhkəmlətmək qərarına gəlib. Hakimiyyət bunun üçün 70 milyon avrodan artıq vəsait xərcləməyə hazır olduğunu bildirir.

Divarın tikintisinə 2018-ci ildə başlanacağı gözlənilir. KİV-in yazdığına görə, ölkənin Rusiya ilə ümumi sərhəd uzunluğunun 2/3-ni təşkil edən 100 kilometrlik hissəsində hündürlüyü 2,5 metr olacaq divarın tikilməsi ilə Estoniya polis və sərhəd mühafizəsi Departamenti sərhəd pozuntularının qarşısını alacağını düşünür. Divarın yuxarı hüdudları tikanlı məftillərlə «möhkəmləndiriləcək». Bunlara əlavə olaraq, vəhşi heyvanların hərəkətinin qarşısının alınması üçün xüsusi çəpərin çəkiləcəyi də ehtimal olunur.

Sərhədin göllərdən ibarət hissələrində divar olmayacaq - burada yalnız sərhəd dirəkləri qoyulacaq. Sərhədin qorunması məqsədilə həm də videokameralar quraşdırılacaq və pilotsuz uçan aparatlardan istifadə olunacaq. Çudesk gölü hövzəsində isə 600 ədəd siqnal üzgəci yerləşdiriləcək.

Bundan əvvəl Ukrayna da Rusiya ilə sərhədi boyunca divar tikmək niyyətində olduğunu bəyan etmişdi. Kiyev bu layihəni 3 il müddətində həyata keçirməyi planlaşdırır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol