Menu

Xədicə İsmayıl son söz üçün hakimdən vaxt istədi - Yenilənib - Fotolar

26.08.2015, 12:25
Xədicə İsmayıl son söz üçün hakimdən vaxt istədi - Yenilənib - Fotolar

Bu gün araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi davam etdirilib.

Musavat.com müxbiri xəbər verir ki , məhkəmədə kiçik bir fasilə yaranıb. Buna səbəb onun son söz demək üçün məhkəmədən vaxt istəməsi olub. Hakimsə razılaşmaq istəməyib, onun bu gün son sözünü deməsini istəyib.

Prosesdə müdaifə tərəfinin vəkilləri çıxış edilbər. Məhkəmə istintaqının təzələnməsi ilə bağlı verilən vəsatət rədd edilib.

Fotolarda X. İsmayılın bu gün davam edən məhkəməsinə gələnlər əks olunub.

Fasilədən qayıdan məhkəmə heyəti elan edib ki, növbəti proses ayın 31-i saat 14:00-da olacaq.

*** 

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılın işi üzrə proses davam edir.

Məhkəməyə diplomatik korpusun nümayəndələri, jurnalistlər gəlib.

Əvvəlki proseslərdə olduğu kimi zala müstəqil mətbuat nümayəndələri buraxılmayıb.

Ötən həftə dövlət ittihamçısı jurnalistin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Bu gün isə Xədicə İsmayılın vəkilləri müdafiə çıxışı edir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.

O,Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol