Menu

Altı ayda 6 mindən çox ailə dağılıb

27.08.2015, 16:43
Altı ayda 6 mindən çox ailə dağılıb

Dövlət Statistika Komitəsi 2015-ci ilin ilk yarısına dair nikahlarla bağlı statistikanı açıqlayıb. Komitənin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, 2015-ci ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 38,6 min nikah və 6,4 min boşanma halları qeydə alınıb.

O, rəsmi nikaha daxil olanların orta yaş həddi və yaşa görə bölgüsü haqqında statistik məlumatların ilin sonunda açıqlanacağını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol