Rusiya KİV-nin yaydığı məlumata görə, məhkəmə Mahaçqala şəhərinin sabiq meri Səid Əmirovu ömürlük azadlıqdan məhrum edib («İnterfaks-Yuq»).
Şimali Qafqaz dairə hərbi məhkəməsi Rostov şəhərində (Don) cümə axşamı Mahaçqala şəhərinin sabiq meri Səid Əmirov barəsində yekun qərar çıxardıb. S.Əmirov Rusiya İstintaq komitəsinin müstəndiqlərinə qarşı sui-qəsdin və Kaspiysk şəhərində ticarət-əyləncə mərkəzinin atəşə tutulmasının təşkilində ittiham olunurdu.
Cinayətlərinin məcmuusuna görə, Səid Əmirova ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilib.
AzPolitika.info


Şərhlər