Menu

ABŞ Kubanın 36 şirkətini sanksiya siyahısından çıxarıb

28.08.2015, 10:15
ABŞ Kubanın 36 şirkətini sanksiya siyahısından çıxarıb

ABŞ-ın Maliyyə Nazirliyi Kubanın 36 şirkətini, 21 fiziki şəxsini və üç gəmisini sanksiya siyahısından çıxarıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Sanksiya siyahısından çıxarılan şirkətlərin çoxu Panamada qeydiyyatdan keçən, Kuba ilə güclü ticarət əlaqəsi olan müəssisələridir.

Həmin siyahıya ofisləri Almaniya, İspaniya, Ekvador və Yamaykada yerləşən firmalar da daxil edilib.

Qeyd edək ki, bu ilin martında Kubanın 29 şirkəti, 11 gəmisi və 6 fiziki şəxsi sanksiya siyahısından çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol