Menu

PKK Azərbaycan TIR-larını yandırdı - VİDEO

28.08.2015, 10:26
PKK Azərbaycan TIR-larını yandırdı - VİDEO

PKK terror təşkilatı Türkiyədən gələn Azərbaycan TIR-larına od vurub.

Bu barədə axar.az-a Türkiyədə yaşayan azərbaycanlılar məlumat verib. Bildirilib ki, PKK bu hücumu Bitlisdə həyata keçirib. Olay bir həftə öncə baş versə də, bu barədə Türkiyə mediasında məlumat yayılmayıb.

Hadisə şahidlərinin dediyinə görə, Azərbaycan nömrəli TIR-lar Türkiyədən Naxçıvan vasitəsilə yük gətirirmiş.

Ümumilikdə 7 TIR-a yükqarışıq od vurulub: 6 TIR tamam külə dönüb, yalnız birini xilas etmək mümkün olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol