Menu

Qvatemalada 10 minlərlə insan prezidentin istefasını tələb edir!

28.08.2015, 11:07
Qvatemalada 10 minlərlə insan prezidentin istefasını tələb edir!

Xarici KİV-in yaydığı məlumata görə, Qvatemalada on minlərlə insan ölkə prezidentinin istefası tələbi ilə nümayişə çıxıb. Ölkənin bir çox şəhərlərində kütləvi aksiyaların keçirildiyi xəbər verilir («Exo Moskvı»).

Ölkənin Baş prokurorluğu təsdiqləyir ki, Prezident Otto Peres Molina gömrük xidmətinn fəaliyyətində aşkar edilmiş miqyaslı korrupsiya sisteminə başçılıq edib.

Bu günlərdə Qvatemalanın Ali Məhkəməsi Prezidentin korrupsiya predmetinə yoxlanması təşəbbüsünü bəyənib. Otto Peres Molinanın özü isə ünvanına yönəlmiş bütün ittihamları rədd edir və könüllü istefaya getmək fikrində olmadığını bildirir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol