Menu

ABŞ və İsrail üçün casusluq edənlərə 10 il hökm

30.08.2015, 22:49
ABŞ və İsrail üçün casusluq edənlərə 10 il hökm

İranda iki nəfər ABŞ-ın və İsrailin xeyrinə casusluq etdiklərinə görə 10 il həbs cəzası alıblar.

Trend xəbər verir ki, bunu İran Ali Məhkəməsinin mətbuat katibi Qulam Hüseyn Mohseni-Ejehei mətbuat konfransında deyib.

Mohseni-Ejehei həbs olunanların adlarını çəkmir. Amma ehtimal var ki, onlardan biri "Washington Post"-un jurnalisti Ceyson Rezayandı.

İran KİV-ləri xəbər verirlər ki həbs olunanlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) məlumat ötürməkdə ittiham edilirlər.

Rezayan 2014-cü ildə, yoldaşı Yeganə Salehi ilə birgə həbs olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol