Menu

Putinin Soçi keyfi - FOTOLAR

30.08.2015, 22:52
Putinin Soçi keyfi - FOTOLAR

Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev Soçidə istirahət edirlər.ANS PRESS-in məlumatına görə, Kremlin mətbuat xidməti rus liderlərin birgə istirahətindən fotoşəkillər dərc edib. Foto şəkillər sürətlə sosial şəbəkələrdə yayılıb.

Rus liderləri əvvəlcə birlikdə idman ediblər və sonra bir yerdə səhər yeməyi yeyiblər. Onlar özləri hazırladıqları steykin dadına baxıblar. Hətta bildiriblər ki, ət Rusiya istehsalıdır.

Putin həftənin son iki gününü Soçidə keçirir. Dünən o, döyüş sambosu turnirinə baş çəkib. Bu gün isə Boçarov ətrafındakı iqamətgahının idman zalında özü məşq edib. “Reuters” agentliyi rus liderinin fotosessiyasını şərh edərək bildirib ki, Putin “həddindən sağlam olduğunu” göstərmək üçün fotossesiya çəkdirib.

Putin və Medvedev paltarlarını dəyişmədən masa arxasına keçiblər. Əvvəl qril yeyiblər, sonra sonra steykin dadına baxıblar. Səhər yeməyi çayla başa çatıb.

Fotossesiya rusdilli interneti “partladıb”. İzləyicilər Medvedevin qəribə krossovkalarına, Putinin isə fiziki hazırldığına xüsusi diqqət yetiriblər.

Vladimir Putin idmana marağını həmişə nümayiş etdirib. Rusiya prezidenti birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana da gəmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol