Menu

Rusiya yaxın vaxtlarda neft hasilatını 2 dəfə artıracaq - Energetika naziri

04.09.2015, 15:55
Rusiya yaxın vaxtlarda neft hasilatını 2 dəfə artıracaq - Energetika naziri

Rusiya KİV-nin məlumatına görə, ölkənin energetika naziri Aleksandr Novak bəyan edib ki, Rusiya Uzaq Şərqdə və Şərqi Sibirdə neft hasilatını 2 dəfə artırmağı planlaşdırır («Qazeta.ru»).

Bununla əlaqədar, nazir Şərq iqtisadi forumunda deyib: «Əgər bu gün 58 milyon ton neft hasil edilirsə, (yaxın gələcəkdə - red.) 118 milyon ton hasil olunacaq».

Artımın «yaxın illərdə» təmin olunacağı gözlənilir. Nazir qeyd edib ki, bu məqsədlə infrastrukturun, limanların və ixrac marşrutlarının inkişafı istiqamətlərində işlər aparılır.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin və Venesuela prezidenti Nikolas Maduro görüş zamanı qərara gəliblər ki, hazırda ifrat hasilat səbəbindən neftin aşağı düşmüş qiymətinin bərpa olunması istiqamətində birgə səylər göstərilsin.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol