Bakıda oteldə oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.Bakı Şəhər Baş Polisi İdarəsindən verilən məlumata görə, Səbayel Rayon Polis İdarəsi 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Natəvan küçəsində yerləşən oteldə Sinay Nasimovanın otağından açarseçmə yolu ilə ona məxsus brilyant üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Faruk Məmməd oğlu Sadıqov tutulub.
Bakıda xidmətçi isə işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aidə İbrahimovanın evindən 30 min manat pulu oğurlamaqda şübhəli bilinən şəxs - həmin mənzildə xidmətçi işləyən Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Mehriban Əbülfəz qızı Quliyeva tutulub.
Hər iki faktla bağlı araşdırma aparılır.


Şərhlər