Menu

Sərkisyan Kasprşiklə cəbhədəki son itkilərini müzakirə edib

05.09.2015, 18:31
Sərkisyan Kasprşiklə cəbhədəki son itkilərini müzakirə edib

Ermənistan prezidenti Serj Sərkisyan ATƏT sədrini şəxsi nümayəndəsi Anji Kasprşiki qəbul edib. Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, tərəflər cəbhə xəttində son günlər yaranmış vəziyyəti müzakirə edib, mövcud durumdan narahatlıq ifadə ediblər.

Sərkisyan insidentlərin araşdırılması mexanizmi üzrə anlaşma əldə edilməsi ilə bağlı İrəvanın Minsk Qrupu həmsədrlərinə vaxtilə etdiyi təklifinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, belə bir mexanizm insan itkilərindən qaçmağa imkan verərdi.

O, həmçinin Kasprşikin təmas xəttində apardığı şəxsi monitorinqləri yüksək qiymətləndirdiyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol