Rusiya KİV-nin yaydığı məlumata görə, səhiyyə sisteminin problemlərinə həsr olunmuş forumun iştirakçıları ölkədə pasiyentlərin qəbulu prosesinin pis təşkilini və xəstəxanalarda üzücü növbələrin yarandığını qeyd ediblər («Exo Moskvı»).
Tədbirdə eyni zamanda, dərmanlarla təzhizat sahəsində də problemlərin olduğu önə çəkilib. Ümumrusiya xalq cəbhəsi (ÜXC) nümayəndələri tərəfindən rəyi soruşulanların böyük əksəriyyəti apteklərdə güzəştli dərmanların həmişə əlçatan olmamasından şikayət edərək, bildirib ki, dərmanları gözləmək, əvvəlcədən sifariş vermək və ya axtarmaq lazım gəlir.
Forum Moskvada keçirilir. Tədbir iştirakçıları sabah nəticələri toplamağı və səhiyyə nazirliyinin profil strukturlarına təkliflər göndərməyi planlaşdırırlar.
AzPolitika.info


Şərhlər