Menu

Prezident şiddətli döyüşlərin getdiyi bölgəyə yollandı

06.09.2015, 15:45
Prezident şiddətli döyüşlərin getdiyi bölgəyə yollandı

Tacikistan prezidenti Emomali Rahmon bu gün səhər paytaxt Düşənbədən 20 kilometr şərqdə yerləşən- şiddətli döyüşlərin getdiyi Vəhdət rayonuna yollanıb.Virtualaz.org bildirir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rayonun Gülüstan kəndində yerli əhali ilə görüşən prezident hökumət qüvvələrinə silah çevirən qrupun üzvlərini “vicdanı təmiz olmayanlar” adlandırıb.

Həlak olanların ailələrinə başsağlığı verən dövlət başçısı vəd verib ki, ölkəni qarışdırmaq istəyənlərin hamısı layiqli cəzalarını alacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol