Türkmənistan KİV-nin məlumatına görə, bu ölkə 1 oktyabr 2015-ci il tarixdən bəzi idxal ərzaq məhsullarına qoyulan gömrük rüsumlarını qaldırmaq qərarına gəlib («RİA Novosti»).
Xəbərə görə, Türkmənistana gətirilən və ölkədən çıxarılan bəzi məhsullar üçün gömrük rüsumunun qaldırılmasını nəzərdə tutan qərarı hökumətin iclasında prezident Qurbanqulu Berdımühəmmədov imzalayıb.
Sənədlə gömrük rüsumları qaldırılmış malların siyahısı və rüsumların dərəcəsi təsdiq olunub. Gömrük rüsumları qaldırılan idxal malları siyahısına bəzi qida məhsulları növləri, o cümlədən, kolbasa məhsulları, meyvə-tərəvəz məhsulları, meyvə şirələri və alkoqolsuz içkilər daxil edilib.
Sənədi imzalayan dövlət başçısı qeyd edib ki, bəzi idxal ərzaq məhsulları üçün gömrük rüsumlarının qaldırılması yerli məhsul istehsalçılarını stimullaşdırmağa, onların maraqlarını qoyumağa və ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə yönəlib.
AzPolitika.info


Şərhlər