Menu

Donald Tramp Klintonu üstələdi – 5%

06.09.2015, 20:52
Donald Tramp Klintonu üstələdi – 5%

ABŞ-da Respublikaçılar Partiyasından prezident yarışının favoritiDonaldTramp Demokrat Partiyasının aparıcı namizədi HillariKlintonu reytinq hesabı ilə qabaqlayıb – 5%.Musavat.com-un xarici mənbələrə istinadən verdiyi xəbərə görə, aparılan sorğular göstərib ki, əgər seçkilər sentyabrın 6-fa keçirilsəydi, seçicilərin 45%-i onu, 40%-i isə Klintonudəstəkləyərdilər.

Xatırladaq ki, bu ilin mayında keçirilmiş rəy sorğuları zamanı elektoratın 58%-i Klintona, cəmi 20%-i isə Trampa səs verəcəyini bildirmişdi. Ancaq HillariKlintonun dövlət katibi olduğu vaxtlarda şəxsi elektron poçtundan dövlət yazışmaları üçün istifadə eləməsi ilə bağlı qalmaqal ona nüfuz itkisi hesabına başa gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol