Menu

Rusiya və Ermənistan prezidentləri görüşür

07.09.2015, 09:22
Rusiya və Ermənistan prezidentləri görüşür

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada erməni həmkarı Serj Sarqsyanla görüşəcək.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

"Gündəlikdə siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri və Avrasiya məkanında qarşılıqlı inteqrasiya fəaliyyəti durur", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, görüş Ermənistan prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol