Banklarda əhalinin əmanətləri azalmaqda davam edir.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 31 İyul 2015-ci il tarixinə banklarda əhalinin 7 milyard 605,1 milyon manat əmanəti olub. Bu məbləğ, 30 İyun tarixi ilə müqayisədə 48,5 milyon manat və ya 0,6% azdır.
Əmanətlərin 28%- və ya 2 milyard 138,7 milyon manatı milli valyutada, 72%-i və ya 5 milyard 466,4 milyon manatı xarici valyutada olub.
Devalvasiyadan sonra, Fevralın sonunda əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 932,7 milyon manata çıxmışdı. Həmin vaxtdan 31 iyula qədər əhalinin əmanətləri 327,6 milyon manat azalıb.
| Tarix | mln. AZN |
| 01.08.2015 | 7605,1 |
| 01.07.2015 | 7653,6 |
| 01.06.2015 | 7601.1 |
| 01.05.2015 | 7717.2 |
| 01.04.2015 | 7781.6 |
| 01.03.2015 | 7932.7 |
| 01.02.2015 | 7121.3 |
| 01.01.2015 | 7188.3 |
| 01.12.2014 | 7086.4 |


Şərhlər