Menu

Fermerlər "Avropa məhəlləsi"ni mühasirəyə aldı

07.09.2015, 10:52
Fermerlər "Avropa məhəlləsi"ni mühasirəyə aldı

Belçika və Fransadan olan beş mindən çox fermer minə yaxın traktorla Brüsselin “Avropa məhəlləsi” adlanan hissəsini mühasirəyə alıb.

AzPolitika.info “RİA Novosti”yə istinadən xəbər verir ki, fermerlərin həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyada Avropa İttifaqı institutlarından müflis olan fermer təsərrüfatlarına dəstək olmaq tələb edilir.

Nümayişdən əvvəl Brüssel polisi tərəfindən edilmiş xərəbardarlığa görə, Avropa İttifaqı Şurası və Avropa Komissiyasının binalarına gedən yollar bağlanılıb.

Qeyd edək ki, bu gün Aİ-nin 28 üzv-ölkəsinin kənd təsərrüfatı nazirləri süd istehsalı və heyvandarlıq sektorlarındakı böhranla bağlı təcili toplantı keçirəcəklər.

Aprelin 1-də süd istehsalatına olan kvotaların ləğvi, alış qiymətlərində 25-28 avrosent eniş fermerlərin narazılığına səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol