İtar-Tass agentliyinin məlumatına görə, ABŞ-ın iki hərbi gəmisi Soçi olimpiadası ilə bağlı olaraq artıq Qara Dənizə gəlib. Pentaqonun rəsmi nümayəndəsi kontr-admiral Con Kirbi bəyan edib ki, hər hansı ekstremal hadisə ilə əlaqədar Soçi Qış Olimpiadasındakı amerikan vətəndaşlarının təxliyyəsi məqsədi ilə ABŞ, Qara Dənizdə iki hərbi gəmini, Almaniyada isə xüsusi təyyarəni hazır vəziyyətdə saxlamaq fikrindədir.
ABŞ rəsmiləri əvvəlcədən də Soçi Olimpiadasında baş verə biləcək terror aktından bərk narahat olduqlarını bildirmişdilər və elə bu səbəbdən də tədbirli davranmaq istəyirlər. 22-ci Qış Olimpiya oyunlarının açılış mərasimi 07 fevral tarixində yerli vaxtla saat 20:14 də “Fişt”stadionunda olacaq.
V.Nəsibov


Şərhlər