Türk ordusu Dağlıcada xain hücumdan sonra apardığı əməliyyat nəticəsində PKK terror təşkilatının 250-yə yaxın üzvünü mühasirəyə alıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” qəzeti yazıb. Qəzetin məlumatına görə, PKK-nın dünən Hakkaridə gerçəkləşdirdiyi qanlı hücumdan sonra türk ordusu bölgədə geniş əməliyyatlara başlayıb.
Dumanlı hava şəraitinə baxmayaraq, terrorçuların təqibi davam etdirilib və Cilo dağında (Hakkari vilayətində) gizlənən 250 terrorçu helikopterlərin də köməyi ilə mühasirəyə alınıb.
Hazırda bölgədə əməliyyatların davam etdiyi bildirilir. Zirehli texnika isə Hakkarinin mərkəzinə yeridilib.
Qeyd edək ki, PKK-nın dünən Hakkarinin Dağlıca bölgəsində təşkil etdiyi hücumda 16 türk mehmetciyi şəhid olub, çoxsaylı yaralının olduğu bildirilir. Bəzi iddialara görə, terrorçular 21 əsgəri öldürüb, itkin düşən hərbçilər isə əsir alınıb. “Sözcü” qəzetinin əldə etdiyi məlumata görə, bəzi əsgərlərin itkin düşməsi Baş Qərargahın dəqiq açıqlama yaymasını gecikdirir.
Qeyd edək ki,Türkiyə Baş Qərargahı isə ölən və yaralanan əsgərlərin sayı ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.


Şərhlər