Menu

Türkiyədə polisə "dərhal vurmaq" səlahiyyəti verilib

07.09.2015, 15:34
Türkiyədə polisə "dərhal vurmaq" səlahiyyəti verilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünənki “Polis və əsgərin vurmaq səlahiyyəti var” açıqlamasından sonra, Polis Baş İdarəsinin polislərə əlavə səlahiyyətlər verməsi barədə təlimatnamə açıqlanıb.

Polis Baş İdarəsinin rəhbəri Cəlaləddin Ləkəsiz iyul ayının sonunda 81 vilayətin polis rəisinə iki səhifəlik təlimat göndərdiyini bildirib.

O qeyd edib ki, təlimatnamədə 4 aprel 2015 tarixində qüvvəyə girən daxili təhlükəsizlik paketində ictimai hadisələrdə ictimai nizamını pozan hərəkətlərə qarşı alınacaq təhlükəsizlik tədbirləri təyin olunub.

"Son günlərdə meydana gələn ictimai hadisələrdə bu səlahiyyətlər tam və təsirli bir şəkildə istifadə edilməyib”, - deyə C.Ləkəsiz.

Onun sözlərinə görə, polis əməkdaşları şübhələndikləri şəxslərin üstündə və minik vasitəsində məhkəmə qərarı olmadan da axtarış apara bilərlər.

Respublika polis rəisi əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına molotov kokteyli, partlayıcı, yandırıcı, odlu və kəsici silahlarla ya polisə, ya da başqa şəxslərə və müxəlif ictimai binalara hücum edən şəxslərə qarşı dərhal silahdan istifadə edilməsi ilə bağlı geniş səlahiyyətlər verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol