Xarici KİV-in yaydığı məlumata görə, Estoniyanın xarici işlər naziri Marina Kalyrand Avropa İttifaqından Rusiyaya qarşı sanksiyaları davam etdirməyi, hətta bir qədər də sərtləşdirməyi xahiş edib (Rosbalt).
«Rusiya indiyə qədər Ukrayna istiqamətində təcavüzkar və pozucu fəaliyyətini davam etdirib» - deyə, o, Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə bəyan edib.
Onun sözlərinə görə, Avropa İttifaqı sanksiyaları Minsk razılaşmasının bütün tələbləri yerinə yetirilənədək davam etdirəcək.
«Ehtiyac yaranlığı zaman biz, Rusiyaya qarşı əlavə tədbirlər həyata keçirməyə hazır olmalıyıq» - deyə, Estoniyalı nazir əlavə edib.
AzPolitika.info


Şərhlər