Menu

Anjey Kaspşik Bakıya gəlir

07.09.2015, 18:20
Anjey Kaspşik Bakıya gəlir

Səfər çərcivəsində cəbhə bölgəsinə də baş çəkməsi nəzərdə tutulur

ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Andrzey Kasprzyk) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin son vaxtlar intensiv pozulması və itkilərin artmasından narahatdır.

Bu barədə APA-ya ATƏT-in baş ofisindən məlumat verilib.

Məlumata görə, o bu həftə Azərbaycana gələcək və Bakıda bir sıra görüşlər keçirəcək.

Onun səfər çərcivəsində cəbhə bölgəsinə də baş çəkməsi nəzərdə tutulur.

Andrzey Kasprzyk sentyabrın 4-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinqdə iştirak edib.

Sentyabrın 5-də isə Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan ilə qoşunlarının təmas xəttindəki son durumu müzakirə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol