Xarici KİV-in məlumatına görə, Kiprin yunan kəsimi (yunan Kipri) 300 miqrantı qəlul etməyə hazır olduğunu bildirir və bu zaman xristian qaçqınlara üstünlük verəcəyini deyir (Rosbalt).
Kipr bilavasitə Suriya ərazilərinin yaxınlığında yerləşir. «Röyters»-in məlumatına görə, Kiprin daxili işlər naziri Sokratis Xasikos bəyan edib ki, Avropa İttifaqının ümumilikdə, 160 min miqrantın qəbulu barədəki planı çərçivəsində ölkəsi ortalama, 260 nəfəri qəbul etməyə hazırdır və bu zaman pravoslav xristianlara üstünlük verəcək.
Nazir bu bu ayrıseçkiliyi onunla izah edib ki, uyğun dini baxışları ilə bu insanlar Kiprdəki həyata daha asanlıqla adaptasiya olunacaqlar.
Bundan əvvəl məlum olub ki, Avropa İttifaqının planı çərçivəsində Fransa 24 min qaçqını qəbul etməyə hazırdır.
Redaksiyadan: Kipr hökumətinin bu rasist siyasətindən lap cəllad Makariosun «iyi» gəlir!
AzPolitika.info


Şərhlər