Menu

​Çin və Tacikistan dollardan imtina edir

08.09.2015, 09:03
​Çin və Tacikistan dollardan imtina edir

Çin və Tacikistan qarşılıqlı ticarət və qeyri-dollar investisiyalarının dəstəklənməsi və inkişafı üçün yuan (Çinin milli valyutası) /somoni (Tacikistanın milli valyutası) valyuta svoplarına dair saziş imzalayıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, imzalanmış saziş hər iki ölkənin mərkəzi bankına ticarət əməliyyatları üzrə qarşılıqlı hesablaşmaların asanlaşdırılması, həmçinin maliyyə bazarlarında likvidliyin dəstəklənməsini təmin etmək məqsədi ilə bir valyuta ilə digər valyutada ekvivalent ödəmələr üçün silsilə ödəmələr mübadiləsi həyata keçirmək imkanı verəcək.

Saziş 3 milyard yuan həcmində (470 milyon ABŞ dolları) hər iki tərəfin razılığı əsasında uzadılma imkanı ilə üç il müddətinə imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol