Aqiyə Naxçıvanlı: “Ya deputat olmalısan, ya rektor, mən öz seçimimi edəcəm”
Əhməd Vəliyev: “Partiya mənə nə desə, ona da əməl edəcəm – biz əsgərik”
YAP-ın seçki siyahısının açıqlanmaması mətbuatın gündəminin əsas mövzusudur. Hakim partiyanın deputat siyahısının hələ də açıqlanmaması əlavə suallar yaradır.
Siyahının gecikməsi barədə müxtəlif iddialar və versiyalar var.
Bunlardan biri də rektorların parlamentə buraxılıb-buraxılmaması barədə müzakirələrin yekunlaşmamasıdır. İddialara görə, bu çağırışda parlamentə YAP rektorları salmaq istəmir və bu üzdən siyahıdan rektorlar silinir. Bu isə rektorların narazılığına səbəb olub və məsələ mübahisə yaradıb. Deyilənə görə, rektorların parlamentdə yenidən təmsil olunması ətrafındakı müzakirələr YAP-ın siyahısının ləngiməsinə səbəb olub. Yəni YAP-ın maraqla gözlənilən siyahısını gecikdirən, ləngidən faktorlardan birinin məhz rektorlar olduğu deyilir. YAP siyahısından deputat seçilmiş rektorlar məsələ ilə bağlı musavat.com-a bağlı danışıblar.

“Sizinlə bu mövzuda söhbət olubmu” sualına A.Naxçıvanlı belə cavab verib: “Mənimlə belə söhbət olmayıb, amma olunsa, mən öz seçimimi edəcəm”.
“Seçim rektorluq olacaq, yoxsa deputatlıq” deyə xanım deputatdan soruşduqda, o, “hələ buna qərar verməmişəm” söyləyib: “Mən hər ikisində məsuliyyətli işləmişəm, məqam çatanda da seçim edəcəm. Digər rektorlar da hansına üstünlük verirsə, öz potensialını üstün görürsə, onu seçməlidir”.
O, YAP-ın siyahısının gecikməsinə də münasibət bildirib: “Siyahı açıqlanmır. Yəqin vaxtı deyil. Nəyə tələsirlər? Sirr qalmayacaq ki, hazırlanıb açıqlanacaq. Burada da heç bir problem görmürəm”.

Deputat xatırlatdıqda ki, qanun yenə də rektorların deputat olmasına imkan verir, o belə dedi: “Mənə hələ seçkiyə gedib-getməməklə bağlı hər hansı təklif olmayıb. Mən rektor deyiləm, idarəetmə şurasının sədriyəm, məndə özəl sektordur. Özəl sektor sərəncamla təyin olunmur. Namizədliyimi də partiya nə qərar versə, o cür edəcəm. Biz partiyanın əsgəriyik”.
YAP-ın siyahısının nə zaman açıqlanacağına gəlincə, Ə.Vəliyev dedi ki, siyahının sentyabrın 10-da açıqlanacağını eşidib: “Bunu da mətbuatdan eşitmişəm. Siyahının yubanmasının səbəbləri ilə maraqlanmamışam, gözləyirəm. nə məsləhət olsa, onu edəcəm. Mən iki dəfə deputat olmuşam, hər dəfə də YAP-ın siyahısından. Hər dəfə partiya göndərib, bu dəfə də partiyanın qərarına əməl edəcəm”.


Şərhlər