Rusiyanın Suriyaya göndərdiyi “humanitar yardım” yüklü təyyarələrinə hava dəhlizi verilməsinə dair sorğu mərkəzi Sofiya tərəfindən rədd olunub.
AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, Yunanıstan mediasında yayılan bu xəbəri Bolqarıstan XİN-də təsdiq ediblər.
Bolqarıstan XİN-in rəsmi nümayəndəsi Betina Joteva bildirib ki, Rusiya tərəfindən həftəsonu göndərilən sorğu nəzərdən keçirilib, lakin hərbi-nəqliyyat vasitələrinin yükü ilə bağlı əldə edilən məlumatlar Sofiyada şübhə yaradıb.
Bolqarıstan XİN bu qərarı müstəqil qəbul etdiyini vurğulayıb. Bolqarıstanın rədd cavabı Afinanı da çıxılmaz vəziyyətdən xilas edib, çünki ABŞ Yunanıstana təzyiq edərək təyyarələri hava məkanına buraxmamağa çağırırdı.
Nəticə olaraq isə iki Rusiya təyyarəsi Yunanıstan və Balkan ölkələrinin yox, İran üzərindən keçməklə Suriyaya gedəcək.


Şərhlər