Dünən axşamdan başlayaraq Brent tipli neftin barelinin qiymətinin 48 dollardan aşağı düşməsindən sonra, dollar 69,12 rubla yüksəlib.
Neft qiymətlərinin 4 faiz ətrafında düşməsinə Rusiyanın OPEC üzvlüyünə müsbət baxmamasının təsir göstərdiyi bildirilir.
Rusiya Baş nazirinin köməkçisi Arkadi Dvorkoviçin Rusiyanın neft hasilatını süni şəkildə qarşıdakı illərdə azaltmayacağını açıqlaması da qiymətlərin düşməsində təsir göstərib.
Qeyd edək ki, Avqustun 24-də dollar 70.88 rubla qədər bahalaşmışdı.
Əlavə edək ki, bu gün günortadan sonra neft bir az bahalaşaraq 49.10 dollara qalxıb.
Azərbaycan Mərkəzi Bankının 08 Sentyabr 2015-ci il tarixinə olan məzənnəsinə görə 1 Rusiya rublu 0.0152 manata bərabərdir (1000 rubl = 15,2 manat). /"Marja"


Şərhlər