Menu

Rusiya KTMT-yə üzv olan ölkələrdə aviabazalar yaratmağa hazırdır

08.09.2015, 21:57
Rusiya KTMT-yə üzv olan ölkələrdə aviabazalar yaratmağa hazırdır

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrdə aviabazalar yaratmağa hazırdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev deyib.

“Bu cür sazişlərə və bu növ bazaların dislokasiyasına gəlincə, bizdə belə bazalar var, söhbət Qırğızıstan və Ermənistandan gedir, və burada təəccüblü heç nə yoxdur. Biz bunu KTMT-də müttəfiqlik münasibətlərimiz olan ölkələrlə etməyə hazırıq”, deyə Medvedev bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol