Menu

14 yaşlı uşaq qətlə yetirildi

09.09.2015, 11:01
14 yaşlı uşaq qətlə yetirildi

Kürdəmir rayonunda dəhşətli qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü İzzət Babayevin üzərində zorakılıq əlamətləri olan meyiti nar bağında aşkar edilib.

Hadisənin hansı şəraitdə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol