Menu

Merkeldən Türkiyəyə birgə hərəkət təklifi

09.09.2015, 13:21
Merkeldən Türkiyəyə birgə hərəkət təklifi

Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Almaniya kansleri Angela Merkel arasında telefon söhbəti olub.

AzPolitika.info-nun “Milliyyet”ə istinadən verdiyi məlumata görə, Merkel Dağlıcada şəhid olan türk əsgərlərinə görə Davudoğluya başsağlığı verib.

Davudoğlu PKK ilə mübarizədə birgə hərəkət etməyin vacibliyini vurğulayıb. Merkel isə PKK-nın Almaniya üçün terror təşkilatı olduğunu, birgə mübarizə məsələsində heç bir tərəddüdləri olmadığını qeyd edib.

Telefon söhbətində miqrantlar məsələsinə də toxunulub. Türkiyənin baş naziri 2 milyon suriyalı qaçqına sığınacaq verdiklərini, qeyri-leqal yollarla Avropaya gedənlərə qarşı da tədbir aldıqlarını deyib. Davudoğlunun sözlərinə görə, 150 min mühacirin Türkiyədən qanunsuz yolla başqa ölkə keçməsinin qarşısı alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol