Frans-Press ağentliyinin verdiyi məlumata görə, ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klapper Senata müraciət edərək bildirib ki, Ukrayna prezidenti Viktor Yanukoviç heç bir vəclə hakimiyyətdən çəkilmək niyyətində deyil. Klapperin məlumatında deyilir ki, Yanukoviç hakimiyyətdə qalmaqdan ötrü bundan sonra da müxtəlif yollar və üsullardan istifadə edərək, güc tətbiq etməyə cəhd edəcək. Bu isə həmin respublikada “demokratik normaların erroziyasına” gətirib çıxaracaq.
Müraciətin müəllifi onu da vurğulayıb ki, Moskvanın Kiyevə edəcəyi hər hansı bir maliyyə köməyi Ukraynanın Rusiyadan asılılığını artıracaq. Digər tərəfdən isə. Röyter agentliyi məlumat verir ki, ABŞ-ın prezident administrasiyası Ukraynada baş verən münaqişə və qarşıdurmalarda cavabdehlik daşıyan hakimiyyət və eləcədə müxalifət liderlərinə qarşı maliyyə sanksiyasının həyata keçirilməsini planlaşdırır. Agentlik bildirib ki, nəzərdə tutulan sanksiya paketi hüquqi baxımından hələ hazırlıq mərhələsindədir və tamamilə yekunlaşmayıb. Ancaq Ukraynadakı münaqişə böyüyəcəyi təqdirdə bu sanksiyanın çox qısa bir zamanda işə düşəcəyi gözlənilir.
V.Nəsibov


Şərhlər