Menu

İsrail məqsədinə çatdı - HƏMAS liderləri o siyahıda

09.09.2015, 13:55
İsrail məqsədinə çatdı - HƏMAS liderləri o siyahıda

ABŞ HƏMAS Hərəkatının rəhbər şəxslərini “Terrorçu siyahısına” əlavə edib.

AzPolitikanın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir ki, HƏMAS Hərəkatının hərbi qanadı “İzzədin-əl-Qəssam” briqadısının komandanı Muhammed ed-Dayf, rəhbərlikdə yer alan Yəha əs-Sənvar və “Həmas”ın Siyasi Büro üzvü Ruhi Müştəhanın adları sözügedən siyahıya salınıb.

İsrail uzun müddətdir ki, Muhammed ed-Dayfı ələ keçirməyə və onun adını ABŞ-ın “qara siyahısı”na saldırmağa çalışırdı. Ötən il 2 aya qədər davam edən Qəzzaya hücumlar zamanı İsrail ordusu əd-Dayfın evini bombalamışdı. Həmin hücum nəticəsində əd-Dayfın həyat yoldaşı və iki övladı həlak olmuşdu. Ruhi Müştəha isə bundan əvvəl İsrailin əlinə keçmiş, amma əsir mübadiləsi zamanı geri qaytarılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol