Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonu ərazisində səhər saatlarında başlayan əməliyyat zamanı 7 PKK terrorçusu məhv edilib.
APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, Təkəli kənd qəbristanlığı yaxınlığında 7 terrorçunun meyiti aşkarlanıb. Parçalanmış halda olan meyitləri meşə ərazisində kəndlilərin tapdığı bildirlir.
Meyitləri götürmək üçün HDP-nin yerli nümayəndələri əraziyə gediblər.


Şərhlər