Menu

Prezidentliyə namizəd seçki yarışından çıxdı - Zəhərləndikdən sonra

09.09.2015, 17:23
Prezidentliyə namizəd seçki yarışından çıxdı - Zəhərləndikdən sonra

Belarusda prezidentliyə namizəd olan Viktor Tereşonka zəhərləndikdən sonra seçki yarışından çıxdığını açıqlayıb.

AzPolitika.info-nun “İnterfax”a istinadən verdiyi məlumata görə, Tereşonko mətbuata verdiyi açıqlamasında öz namizədliyini geri çəkdiyini bildirib.

“Namizədliyimi geri götürdüyümü təsdiq edirəm. Səhhətimə dəyən zərəri nəzərə alaraq, seçkilərdə sonrakı iştirakdan imtina edirəm”, - deyə keçmiş namizəd qeyd edib.

Hazırkı prezident Aleksandr Lukaşenkodan savayı, seçkilərdə Tatyana Korotkeviç, Sergey Qaydukeviç və Nikolay Ulaxoviç iştirak edəcəklər. Seçkilər oktyabrın 11-nə təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol