Səudiyyə Ərəbistanının höküməti Almaniyada Suriyadakı qaçqınlar üçün 200 məscidin tikilməsini təklif edib. Bu barədə Frankfurter Allgemeine Zeitung nəşri məlumat yayıb.Nəşrin məlumatına əsasən, rəsmi Ər-Riyad miqrantların hətta xaricdə islam dininə ibadət etməsinin təmin edilməsini öz mənəvi borcu hesab edir.Səudiyyə Ərəbistanı məscidlərin tikintisini Almaniya höküməti ilə razılaşdırılacağına söz verib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə, Suriyada müharibə başlayandan etibarən, suriyalılara ölkədə işləmək üçün icazə verən sənədin verilməsini dayandırıb.
2014-cü il ərzində Səudiyyə Ərəbistanı 561 qaçqın qəbul edib və 100 nəfərə sığınacaq verib.
BMT-nin məlumatına görə, bu ilin əvvəlindən Avropada qeyri-qanuni miqrantların sayı 378 min nəfəri keçib.
Proqnozlara əsasən, bu rəqəm yaxın iki il ərzində 850 min nəfərə qədər çatacaq. Təxmin edilir ki, miqrantların əsas hissəsi Almaniyada məskunlaşacaq (oxu.az)


Şərhlər