Menu

İranda qadına əlavə cinayət işi açıldı - Kişi ilə salamlaşdığına görə 

10.09.2015, 11:51
İranda qadına əlavə cinayət işi açıldı - Kişi ilə salamlaşdığına görə 

Məmurların karikaturasına görə həbsdə yatan iranlı qadın rəssam Atena Farqadani yenidən məhkəmə qarşısına gedəcək.

Azpolitika.info-nun “The İndependent”ə istinadən verdiyi məlumata görə, buna səbəb xanım rəssamın vəkili Mohammed Moximi ilə əl-ələ görüşməsi olacaq.

Qəzet yazır ki, vəkil 29 yaşlı müvəkkilinə həbsxanada baş çəkərkən, Atena Fahraqani onun əlini sıxıb, bu isə İranda qadağan olduğuna görə növbəti cinayət işi açılıb.

Bu ilin əvvəlində iranlı məmurları meymunlar və keçilər kimi təsvir etdiyinə görə 12 il 9 ay həbs cəzasına məruz qalan xanım rəssamın cəzası yenidən bir neçə il də ağırlaşdırıla bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol