Menu

​VHP üzvlərini Milli Şuradan çıxartmaq istəyir 

10.09.2015, 13:49
​VHP üzvlərini Milli Şuradan çıxartmaq istəyir 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) əksər üzvləri müxalif Milli Şuradan çıxıb.

"Report"un məlumatına görə, hazırda Milli Şurada VHP-nin iki üzvü-partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Ali Məclisin sədri Rafiq Manaflı təmsil olunur.

2013-cü ildə keçirilən prezident seçkilərində iştirakla bağlı fərdi üzvlük əsasında yaradılan müxalif Milli Şurada VHP-nin altı üzvü - Ali Məclisi katibi Asif Şəkərli, partiya sədrinin müavini Arif İsmayılbəyli, Nəzarət-Təftiş Komissiyasının sədri Felmar Ələkbərli, partiyanın mətbuat xidmətinin rəhbəri Anar Mahmudoğlu, Ali Məclisin sədri Rafiq Manaflı, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təmsil olunurdu.

2013-cü ilin avqustunda VHP Siyasi Şurası partiya üzvlərinin Milli Şuradan çıxması haqda qərar qəbul edib. Tövsiyə xarakterli qərardan sonra VHP-nin dörd üzvü Milli Şuradan çıxıb. S.Əsədli və R.Manaflı isə fərdi qaydada Milli Şurada qalıblar.

VHP bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar verib, Milli Şuranın isə qərarı məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol