Menu

NATO generalları İstanbula toplaşır

10.09.2015, 16:22

90800Sentyabrın 11-dən 13-dək İstanbulda NATO-nun ali qurumu olan Hərbi Komitənin toplantısı keçiriləcək.

AzPolitika.info-nun NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirə ev sahibliyini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar edəcək.

Toplantıda Fəaliyyətə Hazırlıq Planının reallaşması və inkişafı mövzusunda, eləcə də NATO-nun Əfqanıstanda və Qərbi Balkan zonasındakı missiyası kimi məsələlər müzakirə olunacaq.

Həmçinin NATO-nun fəaliyyəti, gücləndirilməsi, gündəmlə olan cari məsələlərin də müzakirəsi gözlənilir.

Bundan başqa, İstanbul görüşündə NATO Beynəlxalq Hərbi Heyətinin növbəti baş direktoru seçiləcək.

Toplantıya Hərbi Komitənin hazırkı sədri Petr Pavel sədrlik edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol