Menu

Ukrayna Suriyaya uçan Rusiya təyyarələrinə hava məkanını bağladı

10.09.2015, 18:32

pak-da-bomber-jet-6Arseni Yatsenyuk: "Su hövzəsindəki hava məkanımız xüsusi nəzarət altındadır

"Ukrayna Dövlət Hava Hərəkəti Xidməti Müəssisəsinə tapşırıq vermişəm ki, Rusiyanın Suriyaya hərəkət edən istənilən təyyarəsinə Avronəzarət sistemi ilə nəzarəti gücləndirsinlər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk slovakiyalı həmkarı Robert Fitso ilə görüşündə bildirib.

O vurğulayıb ki, hazırda Ukraynanın hava məkanı bağlıdır: "Su hövzəsindəki hava məkanımız xüsusi nəzarət altındadır".

Ukraynanın baş naziri bildirib ki, hazırda ölkəsinin hava məkanı Rusiyanın Suriyaya uçan təyyarələri üçün bağlıdır.

Qeyd edək ki, ötən gün Bolqarıstan da Rusiyanın Suriyaya uçan təyyarələri üçün öz hava məkanını bağlayıb. Bu ölkənin xarici işlər naziri Daniyel Mitov bildirib ki, yüklər yoxlanıldıqdan sonra Rusiya təyyarələrinə hava dəhlizi verməyə hazırdır.

İran isə Suriyaya humanitar yardım aparan Rusiya təyyarələrinə öz ərazisi üzərindən uçuşlara razılıq verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol