Menu

Putinə minnətdar olan rusların sayı getdikcə azalır - Rəy sorğusu

11.09.2015, 00:54
Putinə minnətdar olan rusların sayı getdikcə azalır - Rəy sorğusu

Rəy sorğusuna əsasən, hakimiyyətdə olduğu 11 il ərzində ölkədə rifahın artırılmasını Putinin əsas nailiyyəti hesab edən rusiyalıların sayı iki dəfə azalıb.

Bu, Levada sorğu mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində göstərilir.

2004-cü ildə sorğuya qatılanların 24 faizi prezidentin həyat səviyyəsini qaldırdığını deyirdisə, 2015-ci ildə bu qənaətdə olanların sayı 12 faizə enib.

Respondentlətin 13 faizi Putinin əsas nailiyyəti olaraq "ölkənin iqtisadi inkişafını" göstərir. Daha 10 faiz dövlət başçısının xarici siyasət sahəsində uğurlara nail olduğunu düşünür.

Sorğu iştirakçılarının yüzdə onu ən böyük nailliyyəti ölkənin müdafiə qabiliyyətinin artırılmasında görür.

Rusiya liderinin hakimiyyətdə olduğu illər ərzində heç bir ciddi nailliyət əldə etmədiyini 8 faiz respondent bildirib.

Mövcud problemlər və yaşayış səviyyəsinin aşağı düşməsinə görə 44 faiz Putinin, 29 faiz isə baş nazir Dmitri Medvedevin məsuliyyət daşıdığını deyib.

Sorğu iştirakçılarının 42 faizi hesab edir ki, Rusiya prezidenti əsasən "güc nazirlikləri"nin maraqlarını qoruyur. Daha 31 faiz isə onun "oliqarx"lar və iri bankların tərəfində olduğunu deyib.

Yalnız 13 faiz respondent deyib ki, Vladimir Putin elmi və mədəniyyət elitasının maraqlarını müdafiə edir.

bbc

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol