Menu

Rusiyanın 1700-dən çox vətəndaşına qadağa qoyuldu

11.09.2015, 09:01
Rusiyanın 1700-dən çox vətəndaşına qadağa qoyuldu

Ukrayna Donbasdakı münaqişəyə görə Rusiyanın 1700-dən çox vətəndaşının ölkəyə girişinə qadağa qoyub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.

“Hazırda 1700-dən Rusiya vətəndaşının Ukrayna ərazisinə girişinə qadağa qoyulub”, deyə məlumatda bildirilir.

Məlumata görə, Kiyev Rusiya vətəndaşlarına qarşı məhdudiyyət tədbirlərini və sanksiyaları 2014-cü ilin mart ayından tətbiq edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol