Menu

Ukrayna separatçıları üçün «voyentorq» bağlanır! - Rusiyalı jurnalist

11.09.2015, 14:42
Ukrayna separatçıları üçün «voyentorq» bağlanır! - Rusiyalı jurnalist

Rusiyalı jurnalist, «Novaya qazeta»nın müxbiri Pavel Kanıgin ehtimal edir ki, yaxın zamanlarda Donbasın separatçı «respublika»ları - DXR və LXR Ruiyanın hərbi texnikasından məhrum olacaq (Rosbalt).

«Bizim Pskovdakı xüsusi müxbirimizin çəkdiyi fotolar. Haralardansa, Rusiyanın dərinliklərindən «evə dönən» və işlənmiş texnika ilə yüklü qatarlar «sürünür». Yaxud (ehtiyatlı ol, Pribaltika!) Qərb sərhədlərinə doğru hərəkət edir. Görünür, «voyentorq» gerçəkdən, bağlanır. Amma, bir məsələ var - uzun müddətəmi? İndi «Novorossiya» qəhrəmanları nə edəcəklər?»-deyə, jurnalist öz «Fasebook» səhifəsində yazıb.

Bu xəbərində o, DXR-in başçısı Aleksandr Zaxarçenkoya, səhra komandirləri Givi və Motorolaya məsləhər görür ki, özlərinə yeni iş axtarsınlar.

Qeyd edək ki, Rusiya hökuməti Ukraynada hərbi birləşmələrinin olduğu və Rusiyanın buraya hərbi texnika göndərməsi barədə iddiaları dəfələrlə uydurma adlandırıb. «Bizə heç vaxt konkret faktlar təqdim etməyiblər»-deyə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Redaksiyadan: Görünür, Rusiyanın Ukrayna cəbhəsindən geri çəkilməsi son günlər bu dövlətin Suriyada fəallaşması ilə bağlıdır. Ehtimal etmək olar ki, Rusiya bilavasitə öz sərhədləri yaxınlığında cərəyan edən «Qərbin ona doğru irəliləməsi» prosesini Suriyadakı proseslərin «məcrası»nı dəyişməklə dayandırmaq fikrinə düşüb. Yəni ki, «İŞİD»-in çökdürülməsinin qarşılığında ABŞ və müttəfiqləri Ukraynadan geri çəkilir. Çünki Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar və bu əməliyyatların doğurduğu nəticələr (məsələn, miqrant axını) Avropanı əməlli-başlı silkələyib, narahat edir. İndi Qərb «Xalqların böyük köçü» adlanan nəhəng tarixi prosesin doğurmuş olduğu nəticələrə oxşar nəticələrin astanasında dayanıb. Proses indiki axarı ilə sona çatarsa, Avropada köklü etnik dəyişikliklərin baş verəcəyi, bir sıra böyük dövlətlərin «tarixin arxivinə» atılacağı, əvəzində yeni qüdrətli dövlətlərin meydana çıxacağı şəksizdir. Bu məqamda, böyük astronom-öncəgörən Mişel Nostradamusun bir proqnozunu xatırlatmaq yeninə düşərdi. O, proqnoz etmişdi ki, 21-ci əsrdə ərəblərin Avropaya böyük axını baş verəcək və nəticədə ərəblər Avropanı işğal edəcəklər...

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol