Menu

Avstriya, Macarıstanla sərhəddindəki şosse yolunu bağlayıb 

11.09.2015, 16:26
Avstriya, Macarıstanla sərhəddindəki şosse yolunu bağlayıb 

Xarici KİV-in məlumatına görə, bu gün səhərdən Avstriya hökuməti Macarıstanla sərhədindəki şosse yolunu (A4 avtomagistralı) miqrantlara görə, bağlayıb. «Röyter» agentliyi xəbər verir ki, gecəyarısı Avstriya-Macarıstan sərhədini 3,6 min qeyri-leqal miqrant keçib (TASS).

Oxşar situasiya çərşənbə günü V10 magistralında da qeydə alınmışdı. O zaman da yerli polis çoxlu sayda miqrantın hərəkətini önləmək məqsədilə bu yolu da bağlamışdı.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ümumilikdə 800 miqrant saxlanılıb, yolun özü isə bir neçə saat ərzində hərəkət üçün bağlı qalıb.

Gümə axşamı 8 min nəfərə yaxın insan Macarıstan tərəfdən Avstriya ərazisinə daxil olub. Polis nümayəndəsinin məlumatına görə, bu gün (cümə günü) təxminən, elə o qədər də axın gözlənilir. Artıq gecəyarısı sərhədi həmin istiqamətdən 3,6 min qeyri-leqal keçə bilib.

Bazar ertəsi Avstriyanın kansleri Verner Fayman bəyan edib ki, ölkəsi Macarıstan üzərindən keçib gələn Suriyalı qaçqınların qəbulu məsələsində addım-addım fövqəladə tədbirlərin tətbiq olunmasından imtina edəcək.

«Biz, əzəldən deyirdik ki, bu, əlüstü və humanist reaksiya tələb edən müvəqqəti tədbirdir. İndi isə biz, addım-addam fövqəladə tədbirlərin tətbiq olunmasından normal və qanunvericiliyə uyğun olan təcrübəyə keçməliyik»-deyə, kansler izah edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol