Gezi mitinqlərində həbs olunmuş Beşiktaş azarkeşlərinə bəraət verilməsi tələb olunub.
AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, 2013-cü il Gezi parkı hadisələrində həbs olunmuş 35 nəfər “Çarşı” (“Beşiktaş” klubunun azarkeş qrupu) üzvünə İstanbul prokurorluğu tərəfindən bəraət verilməsi barədə məhkəməyə müraciət ünvanlanıb.
Müraciətdə bildirilir ki, müttəhimlərin “Türkiyə hökumətini yıxmaq və ya hökumətin fəaliyyətini məhdudlaşdırma”, “qəsdən iğtişaşlar törətmək” barədə əməllərini təsdiq edən yetərincə dəlil və sübut olmadığından, onlara bəraət verilməlidir.


Şərhlər