Menu

2016-cı ilə ümid edənlərə bəd xəbər - Ucuzlaşma davam edəcək

11.09.2015, 18:29

Oil-Commodity-Market8Amerikanın “Goldman Sachs” İnvestisiya Bankının ekspertləri 2016-cı il üçün “Brent” neftinin bir barelinə olan proqnozlarını 62 dollardan 49,5 dollara endiriblər.

AzPolitika.info-nun “Bloomberg”ə istinadən verdiyi məlumata görə, WTI markalı neftin isə proqnozlaşdırılan qiyməti 57 dollardan 45 dollara enib.

Ekspertlər eyni zamanda qeyd edirlər ki, OPEK ölkələrinin neft hasilatının artması ilə bazarda yaranan neft bolluğu qiymətlərin bir barelə 20 dollar həddinə qədər enməsinə gətirib çıxara bilər.

“Neft bazarı bizim hesab etdiyimizdən də çox dolub və bu tendensiya 2016-cı ildə də davam edəcək”, - deyə “Goldman Sachs” ekspertləri vurğulayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol