Xarici KİV-in yaydığı məlumata görə, Ukrayna Respublikasının prezidenti Petro Poroşenko Rusiyanın BMT Təhlükəsizlik Şurasında (TŞ) veto qoymaq hüququndan məhrum edilməsi barədə məsələ qaldırmaq fikrindədir («Exo Moskvı»).
Onun sözlərinə görə, bu mövzu BMT Baş Məclisinin gözlənilən sesiyasında müzakirə ediləcək: «Beynəlxalq prinsiplərə və beynəlxalq hüquqa xildmət göstərməli olan institutların və alətlərin reformasiya edilməsi və təkmilləşdirilməsi üçün bizim səylərimizin birləşdirilməsinin vaxtı çatıb - konkret olaraq, BMT Təhlükəsizlik Şurasında Rusiya üçün veto hüququnun. Rusiyanın Ukraynaya qarşı təcavüzü belə mexanizmin yetərli olmadığını əyani surətdə nümayiş etdirdi. Mən, ümid edirəm ki, Baş Məclisin gözlənilən 70-ci sessiyasının gedişində biz, uyğun diskusiyalara başlayacağıq. Rusiyanın Ukraynadakı anti-Ukrayna siyasəti beynəlxat təhlükəsizlik sistemini tamamilə məhv edib».
Poroşenko qeyd edib ki, Ukrayna xalqının dsətəyi sayəsində kənar qüvvələr ölkədə vəziyyəti gərginləşdirməyə nail ola bilməyəcəklər.
AzPolitika.info


Şərhlər