Menu

Misir ordusu 100-ə yaxın ekstremisti məhv etdi

12.09.2015, 09:05
Misir ordusu 100-ə yaxın ekstremisti məhv etdi

Misir ordusu Sinay yarımadasının şimalında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 100-ə yaxın ekstremisti məhv edib, daha 23 nəfərin yaxalandığı bildirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı Misir Silahlı Qüvvələrinin 4 hərbçisi həlak olub, yaralananlar var.

Sinay yarımadasında bir həftəyə yaxındır ki “Ənsar Beyt əl-Makdis” qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilir. Qruplaşma 2014-cü ildə İŞİD-ə qoşulduğunu bəyan edib.

Qeyd edək ki, “Ənsar Beyt əl-Makdis” əvvəllər “Əl Qaidə”-nin tebeliyində döyüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol