Menu

"İŞİD onları bizdən daha çox təhdid edir" - Obama

12.09.2015, 09:42
"İŞİD onları bizdən daha çox təhdid edir" - Obama

Obama 4-5 il əvvəl Putinin Əsədə dəstək verməməsi barədə xəbərdarlıq etdiyini söyləyib.

ABŞ prezidenti Barak Obama Rusiyanın Bəşər Əsədə yardım göstərməsi barədə yayılan məlumatlara münasibət bildirib. Anspress-in məlumatına görə, Obama Vladimir Putinin bu dəstəyini böyük səhv adlandırıb.

"Putin əgər Suriyada sülhə nail olmaq isdəyirsə ora silah göndərməməli və danışıqlar masası arxasına oturmalıdır. Çünki İŞİD onları bizdən daha çox təhdid edir. Rusiyada çox sayda müsəlman yaşayır. İŞİD-in onları təhdid etdiyi bir vaxta Bəşər Əsədə dəstək verməyi mən böyük bir səhv kimi qiymətləndirirəm." - deyə Obama bildirib.

Rusiyanın uzun müddətdir ki, Bəşər Əsədi silahlandırdığını söyləyən Obama 4-5 il əvvəl birbaşa Putinin özünə bu dəstəyi dayandırması barədə xəbərdarlıq etdiyini bildirib.

Obama Putinin onun sözünə qulaq asmayaraq, bu dəstəyi indi də davam etdiridiyini deyib.

“Putin əgər bizimlə 60 ölkədən ibarət koalisiyada iştirak edərsə, onda Suriyada sülhə nail olmaq mümkün olar. Hazırda Əsədi hakimiyətdə qalması həm bölgə həmdə Rusiya üçün təhlükəlidir.” - deyə Obama əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol